Bugünkü gün Azərbaycan xalqının yaddaşında …

Bugünkü gün Azərbaycan xalqının yaddaşında ümummilli lider Heydər Əliyevin anım günüdür. Müstəqilliyimizi itirilmək təhlükəsindən xilas edən, xalqı onu təhdid edən vətəndaş müharibəsindən qurtaran, ölkəmizi davamlı inkişaf yoluna çıxaran bir İnsana-ulu öndər Heydər Əliyevə hər zaman sayğı, sevgi və ehtiramını ifadə edən xalqımız 12 dekabr tarixində bunu bütün dünyanın gözündə sərgiləyir. Bir daha Heydər Əliyevin kimliyi, onun titanik fəaliyyəti barədə düşünmək mənəvi borcumuza çevrilir.
Dahilərin ömürləri günlərlə, aylarla, illərlə hesablanmır. Zamanı qabaqlaya bilən bu insanlar tarix yaradırlar, ömürləri də əməlləri ilə ölçülür və bu əməllər gələcək neçə yüz illiklərə işıq salır, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edir.
Allah rəhmət eləsin!!!

Read article