Şirkət Haqqında

"Interyer Dizayn" MMC Azərbaycanda sənaye üsulu ilə ofis və digər mebellərin istehsalında ixtisaslaşmış ilk müəssisələrdən biridir. Şirkətimiz 1997-ci ilin mart ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmiş və 33174 saylı şəhadətnamə almışdır.

Fəaliyyətə başladığımız gündən etibarən Avropanın aparıcı ölkələrindən — İtaliya, İspaniya və Almaniyadan — gətirilmiş müasir avadanlıq və materiallar əsasında, Avropa standartlarına uyğun ofis, mətbəx, yataq otağı, uşaq otağı və digər mebel növlərinin istehsalına başlamışıq.

28 illik fəaliyyətimiz ərzində Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində yerləşən dövlət qurumları, nazirliklər, banklar, hava və dəmiryolu müəssisələri, həmçinin beynəlxalq təşkilatların ofis və inzibati binalarını mebel avadanlıqları ilə təchiz etmiş, keyfiyyət və estetik görünüş sahəsində liderlərdən biri olmuşuq.

İnteryer Dizayn mebel istehsalı üçün tələb olunan material və aksesuarları dünyanın tanınmış istehsalçılarından, o cümlədən Almaniyanın məşhur HAFELE Ltd şirkətindən idxal edir. Bütün xammal və materiallar beynəlxalq keyfiyyət sertifikatlarına malikdir.

Xidmət Prosesi

Sifariş əsasında dizayner və konstruktor komandamız müəssisənizə gələrək ölçüləri aparır, istəklərinizi qeydə alır və sizə mebelin eskiz və dizayn layihələrini təqdim edir. Müqavilə imzalandıqdan sonra, sifariş qısa müddət ərzində istehsal olunur və obyektinizdə peşəkar şəkildə quraşdırılır.
Bütün dizayn, daşınma və quraşdırılma xidmətləri ödənişsizdir.

Yanaşma tərzimiz və Zəmanətimiz

İnteryer Dizayn yüksək keyfiyyətli xidmət göstərmək üçün həm dizayn, həm də istehsalat mərhələlərində ən müasir texnologiyalardan istifadə edir.

İstehsal etdiyimiz bütün mebel növlərinə 2 il zəmanət, əlavə olaraq isə 3 il güzəştli xidmət təklif edirik.

Ümid edirik ki, gələcək əməkdaşlığımız qarşılıqlı faydalı və uzunmüddətli olacaqdır.