Şirkət haqqında

“İnteryer Dizayn” şirkəti Azərbaycanda sənaye üsulu ilə ofis və digər mebelləri istehsalı üzrə ixtisaslaşmış ilk müəssisələrdən biridir. Şirkət 1997-ci ilin Mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və 33174 saylı şəhadətnaməyə alınmışdır. Şirkət öz nizamnaməsinə uyğun olaraq mebel istehsal etmək üçün Avropanın müxtəlif ölkələrində istehsal olunmuş (İtaliya, İspaniya, Almaniya) müasir avadanlıqlar və materialları respublikamıza gətirmiş və Avropa stanarlartlarına uyğun, müasir dövrün tələblərinə cavab verən ofis, mətbəx, yataq otağı, uşaq otağı, və s mebellərin istehsalına başlamışdır.

Şirkətimiz fəaliyyət göstərdiyi bu 12 il ərzində Bakı şəhəri və respublikamızın müxtəlif bölgələrində çoxsaylı müəssisələrin, nazirliklərin, bankların, hava nəqliyyatı və dəmiryolu  müəssisələrinin, respublikamızda fəaliyyət göstərən beynəlxalq 

Biz kimik?

təşkilatların binalarının ofis və digər mebel avadanlıqlarının təchiz olunmasında fəal iştirak edərək keyfiyyətinə və estetik görkəminə görə birincilərdən olmuşdur.

İnteryer Dizayn mebel istehsalı üçün lazım olan materialları, müxtəlif aksesuarları Almaniyanın məşhur HAFELE, Ltd şirkətindən, digər xam mal və materialları isə dünyanın müxtəlif şirkətlərindən alır. Bu şirkətlərin xammal və materiallarına aid keyfiyyət şəhədatnamələri məktuba alınır. Saytın sağ hissəsində, əməkdaşlarımızla yaxından tanış ola bilərsiniz.
İstehsal etdiyimiz bütün mebel növlərinə 2 il keyfiyyət təminatı və bundan sonra da 3 il güzəştlu xidmət təklif olunur.
Sifarişçilərin arzusu ilə bizim dizayner və konstruktorlarımız sifarişçi müəssisələrdə olur, ölçülərini və sifarişçilərin təkliflərini və arzularını gördükdən sonra onlara hazırlanacaq olan mebelin eksizlərini və şəkillərini təqdim edirlər. Müqavilə müzakirə edilib, qəbul olunduqdan sonra qısa müddət ərzində mebel hazırlanıb sifarişçinin obyektində quraşdırlır. Bütün növ dizayner xidmətləri, daşınma quraşdırılma pulsuzdur.
Ümid edirik ki, bizim gələcək əməkdaşlığımız hər iki tərəf üçün səmərəli və faydalı olacaqdır.

Müştərilərimiz

Əməkdaşlarımız